Dünya Bankının missiyası GRİMM ofisində
Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi uğurla davam etməkdədir. Layihənin gedişatını müşahidə etmək, müəyyən tövsiyyələr və təkliflərini bildirmək məqsədilə Dünya Bankı Gəncə Regional İqtisadi Məsləhət Mərkəzinin ofisini ziyarət edib.GRİMM heyəti Dünya Bankının və eləcə də Layihə rəhbərliyinə bugünədək icra etdikləri işləri əks etdirən təqdimatı nümayiş etdirdi və daha sonra isə təqdimat müddətində yaranan sualları cavablandırdı.
Sub-layihələrin gedişatına baxmaq, təhlilini aparmaq və layihənin növbəti mərhələsində izlənilməli istiqamətləri müəyyən etmək üçün Missiya sub-layihələrin icra olunma yerlərinə işgüzar səfərlər təşkil etdi.GRİMM-in Xidmət Təminatçısı kimi öz rolunu yüksək peşəkarlıqla yerinə yetirdiyini qeyd edən və işlərin bugünə kimi müvəffəqiyyətlə icrasını yüksək qiymətləndirən Missiya öz işini tamamlayıb layihənin növbəti mərhələsində GRİMM heyətinə uğurlar arzu etdi.
Fokus Qruplarla Görüşlər
Layihə çərçivəsində Maraq Qrupları ilə görüşlər keçirilməkdədir. Qurulacaq Dəyər Zənciri üzrə fermer və emalçıların iştirakçılığı ilə keçirilən bu görüşlərdə onların əsas çətinlikləri, üzləşdiyi maneələr, ehtiyacları, istehsal həcmi və s. haqqında geniş müzakirələr aparılır. Nəzərinizə çatdıraq ki, bu görüşlər Konsepsiya Qeydlərinin hazırlanması baxımından çox əhəmiyyətlidir.
Fermer Qrupları və Emalçı qurmaq istədiyi DZ üzrə Konsepsiya Qeydi hazırlamalı və bizə təqdim etməlidir. Daha sonra bu sənəd qrant uyğunluğunun qiymətləndirilməsi üçün aidiyyatı quruma göndərilir. KQ ya qəbul, ya da rədd edilir.
Fokus Qrupları ilə görüşlərdən şəkillər:
İnformasiya-Təbliğat fəaliyyətləri başa çatdı
Kənd Təsərrüfatı Rəqabətqabiliyyətinin Gücləndirilməsi layihəsinin Xidmət Təminatçısı kimi GRMM layihənin üzərinə düşən birinci mərhələsini – İnformasiya-Təbliğat fəaliyyətlərini tamamladı. Belə ki respublikanın 30 rayonunda layihənin təqdimatı keçirildi, fermerlər, sahibkarlar, emalçılar, həmçinin icra nümayəndələri Layihə haqqında məlumatlandırıldı. İnformasiya-Təbliğat fəaliyyətlərinin əsas məqsədinə, layihə iştirakçılığında maraqlı tərəflərin müəyyən edilməsinə nail olundu. Layihə gedişatına uyğun olaraq maraqlı tərəflər Maraq İfadələrini və daha sonra isə Konsepsiya Qeydlərini hazırlamağa başlayır.
İnformasiya-Təbliğat fəaliyyətləri üç ay davam etməklə 30 rayonu əhatə etdi.
Şimal-şərq rayonlarında layihənin təqdimatı
“Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində informasiya və təbliğat
fəaliyyətləri daha beş rayonda həyata keçirilib. Layihənin təqdimatı 23 avqust Ağcabədi və Quba, 24 avqust Şabran, 25 avqust Xaçmaz və Qusar rayonlarında baş tutub. Təqdimatlardan sonra maraq qruplarını müəyyən etmək məqsədilə sual-cavab şəklində iştirakçıların layihəyə münasibəti öyrənilib. Səfərlər zamanı bir çox icra nümayəndələri, bələdiyyələr, emalçı, sahibkar və fermerlərlə məhsuldar görüşlər keçirilib.
Azərbaycanın cənub rayonlarına səfərlər
“Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində informasiya və təbliğat fəaliyyətləri ölkənin müxtəlif regionlarında davam etməkdədir. Bu dəfə layihə üzrə səfərlər 16 avqust Masallı, 17 avqust Lənkəran, 18 avqust Cəlilabad və Biləsuvar, 19 avqust Astara rayonlarında baş tutub. Həmin səfərlər çərçivəsində layihənin təqdimatı keçirilib, icra nümayəndələri, bələdiyyələr, emalçı, sahibkar və fermerlərlə məhsuldar görüşlər keçirilib.
Regionlara səfərlərimiz davam edir…
“Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində informasiya və təbliğat fəaliyyətləri sürətlə davam edir. Buna müvafiq, 16 iyul Şəmkir, 28 iyul Kürdəmir, 2 avqust Göyçay, 4 avqust Samux, 10 avqust Saatlı, 11 avqust Bərdə və 12 avqust Ağdaş rayonlarına işgüzar səfərlərimiz baş tutub. Həmin səfərlər çərçivəsində İcra nümayəndələri, bələdiyyələr, sahibkar və fermerlərlə məhsuldar görüşlər keçirilib.
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya bankının birgə icra etdiyi layihədir. Layihə “Tarladan süfrəyədək” prinsipinə əsaslanır. Layihənin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalında və emalında iştirak edən fermer qruplarının və aqrar müəssisələrin həm daxili, həm də xarici bazarlara maneəsiz çıxışını təmin etməkdir.
Daxili və xarici bazarlarda istehlakçı tələblərinə cavab vermək üçün məhsulun hər hansı bir rəqabət üstünlüyü olmalıdır.
Bu baxımdan, Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətini artırmaq məqsədi ilə gördüyü işləri dörd aşağıdaki istiqamətlərdə qruplaşdırmaq olar:
1. Sanitar və Fitosanitar Xidmətlərə Dəstək
Bu sahələrdə görülən işlər də 3 istiqamətə ayrılır:
1.1. Ərzaq mallarının təhlükəsizliyi üzrə milli strategiya və bacarıqların artırılması;
1.2. Bitki sağlamlığı və fitosanitar sistemin təkminləşdirilməsi;
1.3 .Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri;
2. Aqrobiznes dəyər zəncirinin inkişafı
2.1. Aqrobiznesin inkişafı üçün investisiya və məsləhət dəstəyi;
2.2. Toxum sektorunun inkişafı;
3. Aqrobiznes Maliyyə Xidmətləri
3.1. İştirakçı Kapital Bank, Muğan Bank, Paşa Bank, Turan Bank, Unibank vasitəsi ilə investisiya;
3.2. Dəyər zənciri üzrə kreditlərin verilməsi;
4 . Layihənin Idarəetmə Qrupu
Aqrobiznes dəyər zəncirinin inkişafı istiqamətində nəzərdə tutulmuş fəaliyyətlər:
Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi İctimai Birliyi Aqrobiznes dəyər zəncirinin inkişafı istiqamətində fəaliyyət göstərmək üçün seçilib. Mərkəz bu istiqamətdə fəaliyyətini aşağıdakı ardıcıllıqla həyata keçirəcək:
- Rəqabət üstünlüyünə malik olan məhsulları /rayonları müəyyənləşdirmək
- Seçilmiş bölgədə potensial iştirakçıları müəyyənləşdirmək və işə cəlb etmək
- Potensial iştirakçılar arasında dəyər zəncirləri qurmaqla tərəfdaşlıqlar/iş birlikləriyaratmaq
- Yaradılmış tərəfdaşlıqlara/iş birliklərinə layihə tərəfindən dəstək
Ardıcıl fəaliyyət nəticəsində, müəyyən edilmiş məhsullar üzərində və iştirakçıların kommersiya marağına uyğun qurulmuş tərəfdaşlıqlara/iş birliklərinə layihə tərəfindən dəstək veriləcək. Bu da seçilmiş dəyər zəncirlərinin iştirakçılarının gəlirlərinin artmasına töfhə verəcək.
Proqram Quba-Xacmaz, Lənkəran-Masallı, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala iqtisadi rayonlarını əhatə edəcək
Tərtərə səfər
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən “Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində 26 iyul 2016-cı il tarixində Tərtər rayonunda İcra numayəndələri, Bələdiyyə, sahibkar və fermerlərin iştirakı ilə görüş keçirilib.
Görüşdə ictimayyətə layihə haqqında geniş məlumat verilib və bölgə üçün nisbi üstünlüyə malik olan dəyər zəncirlərinin müzakirəsi aparılıb.
Gənclərin təlimi
GRMM respublikamızın müxtəlif rayon, kənd və qəsəbələrində məskunlaşmış məcburi köçkün gənclərlə də maraqlanır və onlara informasiya-məsləhət xidmətləri göstərir. Belə ki, GRMM, ictimaiyyətdən uzaq, təhsilsiz, bir qədər həyat fəaliyyətləri sönük olan məcburi köçkün gənclərlə iş aparır, onların problemlərini öyrənir, onlarda stimul yaratmaq istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.Məcburi köçkün gənclərin cəmiyyətin aktiv bir üzvü olması, onların peşə fəaliyyətlərinin yaxşılaşması və gəlir imkanlarının artırılması üçün GRMM, həmin qrupdan olan gəncləri kompyuter kurslarına və onları maraqlandıran digər peşələrə dair təlimlərə cəlb edir. GRMM-nin mütəxəssisləri məcburi köçkün gənclərə, onların yaşadığı ərazi üçün perspektivli olan peşələrin seçilməsi, həmin peşələrə uyğun lazım olan avadanlıqlar və onların alınması, gənclərin öz bizneslərini qurması, bununla bağlı sənədləşmə qaydaları, biznes planların hazırlanması, bazar araşdırmaları, gəlir və xərclərin hesablanması və s. məsələlərə dair təlimlər keçir və onlara faydalı məsləhətlər verirlər. Bundan başqa GRMM-nin mütəxəssisləri seçilmiş gənclərə mentorluq xidməti göstərərək, onlara bazar araşdırmalarının aparılması, təhcizatçı və müştərilərlə əlaqələrin qurulması və s. fəaliyyətlərlə bağlı kömək edirlər. Qeyd olunan fəaliyyətlər nəticəsində məcburi köçkün gənclər yeni peşələrə yiyələnirlər və öz ailələrinə gəlir gətirməklə köçkün ailələrinin ələ baxımlığı azalır, onların məşğulluq səviyyəsi artır, gənclərin vaxtlarını səmərəsiz keçirməsinin qarşısı alınıır nəticədə onlar cəmiyyətin aktiv bir üzvünə çevrilirlər.