Category Archives: Yeniliklər

Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya bankının birgə icra etdiyi layihədir. Layihə “Tarladan süfrəyədək” prinsipinə əsaslanır. Layihənin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalında və emalında iştirak edən fermer qruplarının və aqrar müəssisələrin  həm daxili, həm də xarici bazarlara maneəsiz çıxışını təmin etməkdir.

Daxili və xarici bazarlarda istehlakçı tələblərinə cavab vermək üçün məhsulun hər hansı bir rəqabət üstünlüyü olmalıdır.

Bu baxımdan, Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətini artırmaq məqsədi ilə gördüyü işləri dörd aşağıdaki istiqamətlərdə qruplaşdırmaq olar:

    1. Sanitar və Fitosanitar Xidmətlərə Dəstək
Bu sahələrdə görülən işlər də 3 istiqamətə ayrılır:

1.1. Ərzaq mallarının təhlükəsizliyi üzrə milli strategiya və bacarıqların artırılması;

1.2. Bitki sağlamlığı və fitosanitar sistemin təkminləşdirilməsi;

1.3 .Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri;

     2. Aqrobiznes dəyər zəncirinin inkişafı

2.1. Aqrobiznesin inkişafı üçün investisiya və məsləhət dəstəyi;

2.2. Toxum sektorunun inkişafı;

     3. Aqrobiznes Maliyyə Xidmətləri

3.1. İştirakçı Kapital Bank, Muğan Bank, Paşa Bank, Turan Bank, Unibank vasitəsi ilə investisiya;

3.2. Dəyər zənciri üzrə kreditlərin verilməsi;

     4 . Layihənin Idarəetmə Qrupu

Aqrobiznes dəyər zəncirinin inkişafı istiqamətində nəzərdə tutulmuş fəaliyyətlər:

Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi İctimai Birliyi Aqrobiznes dəyər zəncirinin inkişafı istiqamətində fəaliyyət göstərmək üçün seçilib. Mərkəz bu istiqamətdə fəaliyyətini aşağıdakı ardıcıllıqla həyata keçirəcək:

  1. Rəqabət üstünlüyünə malik olan məhsulları /rayonları müəyyənləşdirmək
  2. Seçilmiş bölgədə potensial iştirakçıları müəyyənləşdirmək və işə cəlb etmək
  3. Potensial iştirakçılar arasında dəyər zəncirləri qurmaqla tərəfdaşlıqlar/iş birlikləriyaratmaq
  4. Yaradılmış tərəfdaşlıqlara/iş birliklərinə layihə tərəfindən dəstək

Ardıcıl fəaliyyət nəticəsində, müəyyən edilmiş məhsullar üzərində və iştirakçıların kommersiya marağına uyğun qurulmuş tərəfdaşlıqlara/iş birliklərinə layihə tərəfindən dəstək veriləcək. Bu da seçilmiş dəyər zəncirlərinin iştirakçılarının gəlirlərinin artmasına töfhə verəcək.

Proqram Quba-Xacmaz, Lənkəran-Masallı, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala iqtisadi rayonlarını əhatə edəcək