Elanlar

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA KƏND TƏSƏRRÜFATI LAYİHƏLƏRİ VƏ KREDİTLƏRİNİN İDARƏ EDİLMƏSİ ÜZRƏ DÖVLƏT XİDMƏTİ

GƏNCƏ REGİONAL İQTİSADİ MƏSLƏHƏT MƏRKƏZİ İB

Kənd Təsərrüfatında Rəqabət  Qabiliyyətinin Gücləndirilməsi Layihəsi (KTRQGL)

AGROBİZNESƏ İNVESTISİYA VƏ MƏSLƏHƏT DƏSTƏYİ SUBKOMPONENTİ ÜZRƏ

MARAQ İFADƏLƏRİNİN TƏQDİM   EDİLMƏSİNƏ DƏVƏT

Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi İctimai Birliyi (GRİMM) Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti tərəfindən idarə olunan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin Aqrobiznes Dəyər Zəncirinin inkişafı komponenti üzrə maraqlı tərəfləri  Maraq İfadələrini (Mİ) təqdim etməyə dəvət etməkdən məmnunluq duyur.

“Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Dünya bankının birgə icra etdiyi layihədir. Layihə “Tarladan süfrəyədək” prinsipinə əsaslanır. Layihənin məqsədi kənd təsərrüfatının seçilmiş təchizat zəncirlərində təmsil olunan emalçı və fermerlərə birbaşa dəstək olmaqla onların gəlirini artırmaq, kənd təsərrüfatında məhsuldarlığı yaxşılaşdırmaq və bazara yerli məhsullar çıxarmaqla kənd təsərrüfatı məhsullarının idxalının qarşısını almaqdır.

Layihə kənd təsərrüfatının  dörd əsas sahəsini əhatə edir: meyvəçilik, tərəvəzçilik, ətçilik və südçülük. Maraq İfadələri bu sahələrdən birini hədəf götürməlidir. Belə ki Layihə yalnız bu sahələr üzrə qurulacaq dəyər zəncirlərinə birbaşa dəstək göstərəcək. Maraq İfadələri dəyər zənciri üzrə məhsuldar tərəfdaşlıqların qurulması, innovativ texnologiyaların tətbiqi ilə bazara yeni və bazarın tələbinə uyğun məhsulların çıxarılması məqsədi daşımalıdır.

Qeyd: Digər sahələr üzrə verilən sənədlərə də baxıla bilər. Lakin, şərabçılıqtütünçülük sahələri dəstəklənmir və əlaqədar sənədlər qəbul edilməyəcək.

1.1     Aşağıdakı tələb və meyarlara cavab verən dəyər zəncirlərinin dəstəklənməsi məqsədəuyğun hesab edilir:

  • məhsullun regionda müqayisəli üstünlüyə malik olması;
  • istehlakçı tələbinin mövcudluğu;
  • qiymətlərin sabitliyi;
  • alıcının olması;

1.2     Dəyər zəncirlərində hədəf yerlərin seçilməsi üçün aşağıdakı seçim kriteriyaları əsas götürüləcəkdir:

  • regional üstünlüyə malik hədəf məhsulların istehsalı;
  • dəyər zənciri üzrə maraqlı dəyər zənciri iştirakçılarının olması;
  • dəyər zənciri iştirakçılarının “birbaşa maddi yardım üçün şərtlərə” cavab vermə qabiliyyəti;
  • hədəf yerdə suvarma şəbəkəsinin vəziyyəti;
  • daxili və xarici bazarlara çıxışın rahatlığı.

1.3     Layihə təklifinə uyğun olaraq proqram aşağıdakı 5 İqtisadi Rayonu əhatə edir:

Qeyd: Digər bölgələrdən vacib və maraqlı təkliflər daxil olarsa, onlara da baxılacaq.

2.1     Maraq İfadələrində əməl edilməli zəruri prinsiplər:

  • Kənd təsərrüfatı üzrə regional inkişaf prioritetlərinin əsas götürülməsi və irəli sürülən ideyanın onlarla əlaqələndirilməsi;
  • Qadınların layihədən bəhrələnməsinin təmin edilməsi, yeni iş yerlərinin yaradılması;
  • Nisbi üstünlüyə malik olan məhsullara üstünlük verilməsi;
  • Problemlərin mövcudluğu və həllinə yönəlmiş tədbirlərin layihənin maliyyə imkanları daxilində texniki cəhətdən mümkünlüyü;
  • Həyata keçirilməsi ilə bağlı əldə olunacaq nəticələrin dəyərləndirilməsi ücün ölcülə bilən indiqatorlar.

2.2                Fəaliyyətlər üçün təklif olunan əsas prinsiplər:

  • Fermerlərin və emalçıların istehsal etdikləri məhsulun keyfiyyətinin yaxşılaşdırılması;
  • Dəyər zəncirlərinə innovasiyaların tətbiq edilməsi;
  • Gəliri, məşğulluğu və innovativ imkanları artırmaq;
  • Dayanıqlı fermer təsərrüfatlarının, müəssisələrinin və bizneslərinin rəqabət qabiliyyətinin gücləndirilməsi;
  • Potensialın yaradılmasını nəzərə almaqla dəyər zəncirinə birbaşa müdaxilə edilməsi;
  • Dəyər zəncirləri iştirakcıları arasında məsuldar əməkdaşlığın yaradılması;
  • Biliklərin və bacarıqların artırılması üçün yerli və beynəlxalq məsləhətçilərdən istifadə edilməsi.

2.3     Birbaşa maddi yardım üçün şərtlər:

  • Fəaliyyət çərçivəsində nəzərdə tutulan emal müəssisələrinə avadanlıqların satın alınması və quraşdırılması üzrə layihənin töfhəsi (50%);
  • Fermerlərə innovativ texnologiyaların tətbiqi üzrə layihənin töfhəsi (75%);
  • Fermerlərin məsləhət xidmətlərinə çıxışı üzrə layihənin töfhəsi (95%);
  • İnfrastruktur üzrə layihənin töfhəsi (95 %) nəzərdə tutulub.

2.4     Seçimdə iştirak edə bilər:

Layihənin texniki tapşırığına uyğun olaraq aşağıdakı tələb və meyarlara cavab verən dəyər zəncirlərinin iştirakçılarının dəstəklənməsi məqsədəuyğun hesab edilir:

  • Hüquqi və ya fiziki şəxslər;
  • Yaxşı təcrübə və müsbət nəticələr;
  • Təklif olunan benefisiarlar, təşkilatlar və digər müvafiq maraqlı tərəflər ilə əlaqələr və işləmək niyyəti.

2.5                Maraq ifadələrinin  təqdim olunması ilə bağlı göstərişlər: 

  • Ərizəçilər: dəyər zəncirinin iştirakçıları birlikdə müraciət edə bilər;
  • Layihə dəyər zəncirində inkişafa yardımı birgə əməkdaşlıq kimi görür. Ərizəçilərdən təşəbbüsləri qismən maliyyələşdirmək tələb olunur;
  • Maraq ifadələri üzrə iki forma mövcuddur: Emalçılar üçün Maraq İfadəsi və Fermerlər üçün Maraq İfadəsi;
  • Emalçılar üçün Maraq İfadəsi emalçı tərəfindən, fermerlər üçün Maraq İfadəsi isə fermer qrupu tərəfindən yazılmalıdır;
  • Maraq İfadələri Azərbaycan və ya İngilis dillərində qəbul edilir və sənədin həcmi ümumilikdə 5 səhifədən artıq olmamalıdır.
  • Maraq İfadələri üçün Formanı ofisimizə yaxınlaşaraq, həmçinin email ünvanınızı bizə bildirməklə əldə edə bilərsiniz.

3        “Maraq ifadəsi” sənədinə aşağıdakı bölmələr daxil olmalıdır;

  • Emalçı/Fermerlər haqqında məlumat, o cümlədən telefon nömrələri, ünvan və e-poçt ünvanı;
  • Layihənin əsaslandırılması;
    • Layihənin adı;
    • Hədəf götürülən coğrafi ərazi;
    • Gözlənilən zaman çərçivəsi;
    • Konsepsiyanın əsas götürdüyü prioritet mövzu;
    • Gözlənilən nəticələrin/hasil olan göstəricilərin əldə olunması üçün təklif olunan fəaliyyətlərin siyahısı;
    • Mövcud təcrübə və ilkin ehtiyacların qiymətləndirilməsinin nəticələri;
  • Layihənin məqsədi;
  • Layihənin vəzifələri;
  • Emalçı və ya topdansatıcı haqqında məlumat/ Layihədə iştirak etmək istəyən İstehsalçılar və Fermerlər haqqında məlumat;

Maraq İfadələrinin Təqdimi üçün Son tarix: Layihə üzrə maraq ifadələrinizi 1 Sentyabr 2016 –cı il tarixindən başlayaraq  30 Dekabr  2016-cı il tarixindən gec olmayaraq aşağıda göstərilmiş email ünvanına göndərə və ya ofisimizə təqdim edə bilərsiniz.

Qeyd: Seçilmiş Maraq İfadələrinin müəlliflərinə layihənin ikinci mərhələsində iştirak hüququ veriləcək. Belə ki, həmin şəxslər Konsepsiya Qeydlərini hazırlamağa başlayacaqlar.Seçilmiş namizədlər Konsepsiya Qeydləri üçün tələblər və məlumatlarla seçim prosesindən dərhal sonra təmin olunacaq.

Maraq ifadələri aşağıdakı e-poçt vasitəsilə elektron şəkildə ötürülməli və ya ofisimizə təhvil verilməldir. Əlavə sualınız olarsa bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

Elan verdi:                      Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi İctimai Birliyi (GRİMM İB)
Ünvan:                            Gəncə şəhəri, Atatürk prospekti 258
Tel.:                                 +994 (22) 256 2028; +994 (22) 256 5901
Email ünvanı:                  office@grmm.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *