Fermerlərə məsləhət



2
Fermerlərə fevral-mart aylarında görüləcək təsərrüfat işləri ilə əlaqədar bəzi məsləhətlər…….

Hazırda qış fəsli olmasına baxmayaraq, hələ də əkin sahələrində qar yoxdur və sərt qış əvəzinə, havalar olduqca mülayim keçir. Belə olan halda, ötən ilin payızından bəri şumlanaraq qara herik şəklində saxlanılan və yazlıq bitkilər üçün nəzərdə tutulmuş torpaqlarda nəmlik ehtiyatı azalır və sahədə alaq otları çoxalır. Bu baxımdan fermerlərə məsləhətimiz budur ki, yazlıq bitkilər üçün nəzərdə tutulmuş sahələrdə çizel kultivatorlarla alaq otlarını məhv etmək və sahədə nəmliyi qorumaq məqsədilə, torpaq fiziki yetişkənliyə çatdıqda (yəni, torpaq becərilməyə hazır olanda və ya becərmə alətlərinə yapışmadıqda), yaz səpininə qədər 1-2 dəfə kultivasiya aparılmalıdır.Fevral-mart aylarında ağır gilli, suvarılan torpaqlarda ikiləmə şumun aparılmasının xüsusi əhəmiyyəti vardır. Belə ki, qışın sonuna qədər qar yağmış olsa, həmin qar torpaqda nəmlik ehtiyatını yüksəltməklə yanaşı, alaq toxumlarını, o Fevral-mart aylarında ağır gilli, suvarılan torpaqlarda ikiləmə şumun aparılmasının xüsusi əhəmiyyəti vardır. Belə ki, qışın sonuna qədər qar yağmış olsa, həmin qar torpaqda nəmlik ehtiyatını yüksəltməklə yanaşı, alaq toxumlarını, o cümlədən xəstəlik törədici orqanizmlərin və zərərvericilərin qışlayan yumurtalarını məhv etmiş olacaq.1

Məlumdur ki, bir anormallıq kimi, qış fəsli olduqca mülayim keçir. Bu isə taxıl və yonca sahələrində gəmiricilərin çoxalması ilə müşayət olunur. Hazırda taxıl və yonca sahələrində gəmiricilərə qarşı fermerlərin daha çox tanıdığı sink fosfid dərmanından istifadə olunur. Lakin, bu gün dünya əkinçiliyində gəmiricilərə qarşı daha təsirli və yeni dərmanlar tətbiq edilir ki, onlara misal olaraq “Ratindan Extra”, “Biopat”, “Brodifan”, “Бром-БД” və s. qeyd etmək olar. Gəmiricilərə qarşı mübarizənin səmərəliliyini artırmaq üçün fermerlər kompleks şəkildə mübarizə aparmalıdırlar. Əgər taxıl və ya yonca sahəsində gəmiricilərə qarşı dərmanlama tətbiq olunursa, qonşu tarlada bu tədbir aparılmırsa, onda bu şəkildə mübarizə əhəmiyyətsizdir. Bundan başqa, fermerlər gəmiricilərə qarşı dərmanlama apararkən, əvvəlcə gəmiricilərin əsas işçi yuvalarını müəəyənləşdirməlidirlər. Çünki, mövcud yuvalar ola bilsin ki, gəmiricilərin işlək yuvası deyil və ora aldadıcı yemin qoyulmasının heç bir əhəmiyəti yoxdur. Bu baxımdan dərmanlamadan əvvəl, tarlada olan yuvalar örtülməli və növbəti gün aldadıcı yemlər təzə açılmış işçi yuvalara qoyulmalıdır.

qrizunAldadıcı yemlər hazırlanarkən, bir qədər ona cəlb edicilik məqsədilə, xüsusi amartizatorlar qatmaq lazımdır. Məsələn, dərman buğda ilə qarışdırıldıqda, qatışığa bir qədər günəbaxan yağı əlavə edilməli və qarışdırılmalıdır. Belə olan halda dərman yemə yapışmaqla onu təsir müddəti uzanır, yemin spesifik iyi gəmiriciləri daha tez cəlb edir.

Fevral-mart aylarında çox illik əkinlərdə, xüsusilə də meyvə bağlarında və üzümlüklərdə xüsusi aqrotexniki tədbirlər aparılmalıdır. Qışın mülayim keçməsi bağlarda zərərvericilərin çoxalmasına səbəb olur. Bu baxımdan ağacların çox illik hissəsində, xüsusilə də ağacın gövdəsində, ştamp hissədə, qabığın altında zərərvericilər öz yumurtalarını qoyur. Bağlarda və üzümlüklərdə həmin zərərvericilərə qarşı dərmanlama aparılmalıdır.Meyvə bağlarında və üzümlüklərdə hazır ki, dövrdə don suyu – nəmliyi bərpa etmək üçün olduqca əlverişlidir.Üzümlüklərdə fevral-mart aylarında aparılan əsas aqrotexniki tədbirlər aprobasiya (seçmə), təmir, adi basma, katarovka və quru budamalardan ibarətdir.

Aprobasiya (seçmə)- zamanı xəstə, zəif, az məhsuldar sort və tənəklər seçilərək çıxdaş edilməlidir. Təmir – burada boşalmış məftillər çəkilir, dirəklər yenidən bərkidilir və s. Adi basma- seyrəkliyi aradan qaldırmaq üçün bitməyən tənəyin yerinə qədər yanındakı tənəyin birillik zoğu uzadılaraq, qazılmış xəndəyə basdırılır.
Katarovka (şeh toplayan köklərin vurulması)- bu əməliyyatda torpaq səthinə yaxın-15-20 sm dərinlikdə olan köklər vurulmalıdır. Əks təqdirdə köklər yaz şaxtalarından məhv olar ki, bu da tənəyi zəif salar. Çünki, bu köklər vurulmadıqda, onlar əsas kökün funksiyasını öz üzərinə götürür, şaxta olduqda isə məhv olur.
vinoqradQuru budama – əməliyyatını gecikdirmək yol verilməzdir. Çünki, quru budama gec aparıldıqda, tənəyin kəsilmiş hissəsində olan zədə gec bərpa olunur və bu da üzüm bitkisində şirə hərəkəti fazasının başlanması ilə üst-üstə düşür. Nəticədə, tənəyin kəsilmiş hissələrindən daha çox şirə, qida maddələri axır ki, bu da tənəyi zəif salır. Bu baxımdan quru budamanın vaxtında başa çatdırılması böyük aqrotexniki əhəmityyətə malikdir.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *