İcra olunmuş layihələr

 

S/S Layihənin adı Maliyyələşdirən  təşkilatın adı GRMM tərəfindən görülən işin qısa təsviri
1 Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi Dünya Bankı

Fermerlərin problemlərini öyrənmək üçün 6 rayonda sorğu keçirilmiş, onların problemləri öyrənilmişdir.

2

Qərb bölgəsində sərgilərin təşkili ACDI/VOCA

2001 və 2002-ci illərdə Gəncə şəhərində  Kənd Təsərrüfatı Məhsullarının İstehsalı və Emalı sərgisi keçirilmişdir.

3

  Qərb bölgəsində İnformasiya və  Məsləhət Xidmətinin təşkili

 Dünya Bankı

Qərb bölgəsinin 6 rayonunda 20 Kənd Məsləhət Mərkəzi yaradılmış, 200 adda informasiya vərəqi, 8 adda broşura nəşr olunmuş, fermerlərə təlim, tarla nümayişləri və məsləhət xidməti göstərilmişdir.

 4 Aqrar Bölmədə Potensial Analiz                   CTZ

Qazax, Ağstafa və Tovuz rayonlarında fermerlər arasında sorğu keçirilmiş, problemlər öyrənilmiş, əsas becərilən bitkilərin və heyvandarlıq sahəsində nisbi üstünlüyə malik məhsullar müəyyən edilmiş, dəyər zəncirində zəif sahələr müəyyənləşdirilmişdir.

 5

     Fermerlər üçün seminarlar və  konfransların təşkili

 CTZ

Qərb və Şimal bölgəsində fermerlər üçün 12 seminar keçirilmişdir.

  6

 Sərgi və forumların təşkili

 CDC

2003-cü ildə kənd təsərüfatı sərgisi, 2003-2004-ci illərdə isə fermerlər ücün regional forumlar təşkil edilmişdir.

7

 Qərb bölgəsində İnformasiya və Məsləhət xidmətinin təşkili

 Dünya Bankı

Məsləhət mərkəzlərinin sayı 29-a, kredit alacaq fermerlərin sayı 9000-ə çatdırılıb. Fermerlərə yeni texnologiyalar, iqtisadi və marketinq sahəsində təlimlər keçirilib.

8  Alt-Qrant müqaviləsi №BTC/SCR- CIR-3

IRC

Biznesin inkişafı ücün imkanlar araşdırılmış, marketinq qruplarının, assosiasiyalarının təşkili ilə bağlı təlimlər təşkil edilmişdir.

9

 Fermerlərin bacarıqlarının artırılmasi

 IRD

Müxtəlif sahələr üzrə təhlillər aparılmış; nisbi üstünlüyə malik sahələr müəyyənləşdirilmiş; fermer qrupları yaradılmış; dəyər zənciri təhlil edilmiş; zəif sahələri inkişaf etdirmək ücün qrantlar verilmiş; peşə yönümlü və biznes planların işlənməsi üçün treninqlər təşkil edilib.

10

 Fermerlər və ofis işçiləri üçün treninqlər

Aclığa Qarşı Hərəkat

 Fermerlər və ofis işçiləri üçün təlimlər təşkil edilib.

11

 Mikrokreditlərin verilməsi və Kredit İttifaqlarının yaradılması

  İcraçı Kredit Agentliyi (İKA)

GRMM tərəfndən 500-ə yaxın Birgəborclular Qrupu yaradılmış, kredit almaq üçün onların sənədləri hazırlanmışdır. 6 Kredit İttifaqı yaradılıb qeydiyyatdan keçirilmişdir. Fermerlərə yeni sortlar, cinslər və gəlirli sahələri müəyənləşdirməklə bağlı təlimlər keçirilib.

12

 «Lider+» Dağ rayonlarının          inkişafı

Avropa Şurası

Daşkəsən rayonunda nisbi üstünlüyü olan sahənin müəyyənləşdirilməsi , dəyər zəncirində zəif sahənin müəyyənləşdirilməsi, süd emalı sahəsinin təşkili, İspaniyada və Gürcüstanda layihənin icrası ilə tanışlıq. İspaniya və İtaliyada iki nəfərin 6 aylıq hazırlıq kursu. Bir nəfərin İspaniyanın İnkişaf Mərkəzinə səfərinin maliyyələşdirilməsi. Fermerlərin maarifləndirilməsi.

13

 İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi

 Dünya Bankı

Bölgədə Kənd Məsləhət Mərkəzlərinin sayı 32-yə çatdırılıb. 2007-ci ildə 160 Xüsusi Maraq Qrupu (XMQ) yaradılıb, XMQ-lərin fəaliyyətinin iqtisadı araşdırmaları aparılıb, onlara təlim, informasiya və məsləhət xidməti göstərilib. Bölgələrdə nümayiş sahələri yaradılıb.

14

 Tuqay meşələrinin vəziyyətinin təhlili

 BP

 Ağstafa və Qazax rayonlarında Tuqay meşələrinin ətrafında yerləşən kəndlərdə sorğular aparılmışdır.

15

 Qərb bölgəsində bazarların vəziyyətinin təhlili

Praqma

Qərb bölgəsində bazarlarda araşdırmalar aparılmış və hesabat hazırlanmışdır.

16

Goranboy və Zərdab rayonlarında SİB üzvlərinə məsləhət xidmətinin təşkili №CS-CQ-02/2008

Suvarma və Drenaj İnfrastrukturunun Bərpası üzrə İşçi Qrup

 Sudan istifadə assosiasiyasının üzvlərinə peşəyönümlü təlimlər təşkil edilib, məsləhət xidməti göstərilib.

17

 Bərdə regionunda İMX-nin təşkili

 Dünya Bankı

Mərkəzi bölgənin 5 rayonunda 17 Kənd Məsləhət Mərkəzi yaradılıb, torpaq istifadəçilərinə İMX təşkil edilib.

18

Özəl sektorda rəqabətin gücləndirilməsi

 Kemoniks İntermeşnl İnk.

 Yerli resursların qiymətləndirmək üçün 10 rayonda sorğular aparılıb. K/t məhsullarının istehsalından satışına kimi bütün proseslər izlənilib, dəyər zəncirinin təhlili verilib.

19

 Məcburi köçkün gənclərə dəstək layihəsi

 Məcburi köçkünlərin sosial inkişaf fondu

 Məcburi köçkünlərin iş şəraitinin yaxşılaşdırılması,gənclərin icma qruplarının və peşə təliminin təşkili.

20

Qərb bölgəsinin 8 rayonunda nəticə əsaslı informasiya xidməti  Dünya Bankı və Azərbaycan höküməti

 Regionda 256 fermer qrupları yaradılıb, təlimlər, nümayiş sahələri, qabaqcıl təsərrüfatlara səfərlər təşkil edilib, informasiya materialları hazırlanıb.

21

 Sudan istifadə edənlərə təlimlərin təşkili  Suvarma və Drenaj İnfrastrukturunun Bərpası üzrə İşçi Qrup

Sudan istifadə edən sahibkarlara informasiya və məsləhət xidməti göstərilib.

22

Gəncə şəhəri Hacıkənd qəsəbəsində və Göy-göl rayonunun dağ və dağətəyi kəndlərində torpaq sürüşmələri nəticəsində yaranan risklərin azaldılması və əhalinin ekoloji maarifləndirilməsi

ATƏT-in Bakı ofisi

Gəncə şəhəri Hacıkənd qəsəbəsində və Göy-göl rayonunun 3 dağ və dağətəyi kəndində torpaq sürüşmələri nəticəsində yaranan risklərin azaldılması və əhalinin ekoloji maarifləndirilməsi mövzusunda silsilə seminarlar və təlimlər

23

Göy-göl rayonu gənclərinin ekoloji biliklərinin artırılmasında və əhalinin ekoloji maariflənfirilməsində İKT imkanlarından daha səmərəli istifadə edilməsinə dəstək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Göy-göl rayonu gənclərinin ekoloji biliklərinin artırılmasında və əhalinin ekoloji maarifləndirilməsində İKT imkanlarından daha səmərəli istifadə edilməsi üçün silsilə seminarlar təşkil edilmiş, bu mövzu üzrə bukletlər hazırlanmış və yerli əhali arasında paylanmışdır.

24

Göy-göl rayonunun dağ və dağətəyi kəndlərində yerli əhalinin əmək fəaliyyəti nəticəsində ətraf mühitə vurulan ziyanın azaldılması Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Layihənin əsas məqsədi Göy-göl rayonunun dağ və dağətəyi kəndlərində yerli əhalinin əmək fəaliyyəti nəticəsində ətraf mühitə vurulan ziyanın azaldılmasına nail olmaqdır.

25

Üçüncü Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsinin ətraf müfitə təsirinin qiymətləndirilməsinin ictimai müzakirəsinin təşkili

Dünya Bankı

 Üç regionda (Gəncə, Bərdə və Xaçmaz rayonlarında) fermerlərin iştirakı ilə layihənin ictimai müzakirələri təşkil edilmişdir.

26

 Məcburi Köçkün gənclərə dəstək layihəsi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

Rayon və kəndlərdə məskunlaşan Məcburi Köçkün gənclərin həyat şəraitinin yaxşılaşdırılması üçün gənclərin peşə təliminin və kiçik biznesinin təşkili.

27

 SİB üzvlərinə informasiya və məsləhət xidmətinin təşkili Dünya Bankı

 27 rayonda fermerlərə təlim- informasiya və məsləhət xidmətlərinin təşkili.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *