Gənclərin təlimi

Beyləqan rayonunda təlim

GRMM respublikamızın müxtəlif rayon, kənd  və qəsəbələrində məskunlaşmış məcburi köçkün gənclərlə də maraqlanır və onlara informasiya-məsləhət xidmətləri göstərir. Belə ki, GRMM, ictimaiyyətdən uzaq, təhsilsiz, bir qədər həyat fəaliyyətləri sönük olan məcburi köçkün gənclərlə iş aparır, onların problemlərini öyrənir, onlarda stimul yaratmaq istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.Məcburi köçkün gənclərin cəmiyyətin aktiv bir üzvü olması, onların peşə fəaliyyətlərinin yaxşılaşması və gəlir imkanlarının artırılması üçün GRMM, həmin qrupdan olan gəncləri kompyuter kurslarına və onları maraqlandıran digər peşələrə dair təlimlərə cəlb edir. GRMM-nin mütəxəssisləri məcburi köçkün gənclərə, onların yaşadığı ərazi üçün perspektivli olan peşələrin seçilməsi, həmin peşələrə uyğun lazım olan avadanlıqlar və onların alınması, gənclərin öz bizneslərini qurması, bununla bağlı sənədləşmə qaydaları, biznes planların hazırlanması, bazar araşdırmaları, gəlir və xərclərin hesablanması və s. məsələlərə dair təlimlər keçir və onlara faydalı məsləhətlər verirlər. Bundan başqa GRMM-nin mütəxəssisləri seçilmiş gənclərə mentorluq xidməti göstərərək, onlara bazar araşdırmalarının aparılması, təhcizatçı və müştərilərlə əlaqələrin qurulması və s. fəaliyyətlərlə bağlı kömək edirlər. Qeyd olunan fəaliyyətlər nəticəsində məcburi köçkün gənclər yeni peşələrə yiyələnirlər və öz ailələrinə gəlir gətirməklə köçkün ailələrinin ələ baxımlığı azalır, onların məşğulluq səviyyəsi artır, gənclərin vaxtlarını səmərəsiz keçirməsinin qarşısı alınıır nəticədə  onlar cəmiyyətin aktiv bir üzvünə çevrilirlər.

Gənclərlə görüş

Samux rayonunda kompyuter təlimi

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *