Regionlara səfərlərimiz davam edir…

“Kənd Təsərrüfatında Rəqabət  Qabiliyyətinin  Gücləndirilməsi  Layihəsi” çərçivəsində informasiya və təbliğat fəaliyyətləri sürətlə davam edir. Buna müvafiq, 16 iyul Şəmkir, 28 iyul Kürdəmir, 2 avqust Göyçay, 4 avqust Samux, 10 avqust Saatlı, 11 avqust Bərdə və 12 avqust Ağdaş rayonlarına işgüzar səfərlərimiz baş tutub. Həmin səfərlər çərçivəsində İcra  nümayəndələri,  bələdiyyələr,  sahibkar  və  fermerlərlə məhsuldar görüşlər keçirilib.

DSC02577 DSC02273
DSC02427
DSC02250

DSC02584DSC02610
DSC02526

Sözügedən görüşlərdə ictimayyətə layihə haqqında geniş məlumat verildikdən sonra bölgə üçün nisbi üstünlüyə malik olan dəyər zəncirlərinin müzakirəsi aparılıb. Həmçinin sual-cavab formasında maraqlı və məhsuldar müzakirə zamanı iştirakçılar öz çətinliklərini, regionda kənd təsərrüfatı ilə əlaqədar olan ehtiyaclarını və ideyalarını bizimlə paylaşıb. Görüşlərə cəlb olunmuş iştirakçılar layihəni yüksək qiymətləndirməklə yanaşı bizimlə əməkdaşlığa olan istəklərini
də nümayiş etdirdilər.

DSC02595 DSC02467 DSC02304 DSC02408

Yuxarıda adı çəkilən rayonlardan Saatlı rayonunda baş tutan görüşümüz başa çatdıqdan sonra iştirakçılardan birinin istəyi ilə həmin şəxsin İmişli rayonunda yerləşən fermer təsərrüfatına səfər etdik. Südçülüklə məşğul olan təsərrüfatla yaxından tanış olduqdan sonra səfərimizi başa çatdırdıq.

DSC02502 DSC02475 DSC02489 DSC02480

Leave a Reply

Your email address will not be published. Required fields are marked *