Haqqında

Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi İçtimai Birliyinin fəaliyyəti ilə bağlı qısa Məlumat

Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi bir qrup alim və mütəxəssislər tərəfindən islahatlar nəticəsində formalaşan sahibkarlara, fermer təsərrüfatlarına məsləhət xidmətləri göstərmək üçün Gəncə Biznes Qrupunun bazasında 2001-ci ildə yaradılmışdır. Təşkilatın qısa adı GRMM-dir. Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən GRMM biznes, peşə və kənd təsərrüfatı bitkilərinin becərilməsi ücün təlimlər təşkil edir, kredit almaq üçün biznes planlar işləyir, təsərrüfatların planlaşdırılması və idarəedilməsində, texniki sahələrdə sahibkarlara məsləhətlər verir.

GRMM-in mütəxəssislərinə Dünya Bankınin təlimciləri tərəfindən aqrobiznes, marketinq, texniki biliklər və assosiasiyaların təşkili sahəsində təlimlər keçirilmiş, təlimin iştirakı metodları öyrədilmişdir. Təşkilat metodiki məlumatlar, təlimatlar, modullar və aqrobiznesə aid ədəbiyyatlarla təmin edilmişdir. GRMM 2001-ci ildən Dünya Bankının maliyyə dəstəyi ilə fermerlərə məsləhət xidməti göstərir, 2004-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

GRMM yerli və beynəlxalq təşkilatların bir başa iştirakı ilə yaradılmışdır. Onun hədəfi yerli əhalini və fermerləri məlumat və məsləhət xidmətləri, təlim və təbliğatla təmin etmək, yaşayış şəraitlərini yaxşılaşdırmaqdır.

GRMM kənd təsərrüfatı və bizneslə bağlı 300-dən cox material çap edərək, hədəf ərazilərdə paylamışdır. “Ən yaxşı təcrübələr” broşüralar, təlim materialları və 100-dən çox modula malikdir. 7 sərgi və 8 regional forum təşkil etmişdir. GRMM-nin fəaliyyətləri haqqında 100-ə yaxın məqalə yazılmış, televiziya proqramları hazırlanmışdır.

GRMM Meliorasiya və Su təsərrüfatı ASC, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Dünya Bankı, ATƏT-in Bakı şöbəsi, Sülh Korpusu, EU, IRC, ARD, ACDI / VOCA, GTZ, Britiş Petrol və digərləri ilə birgə layihələr icra edib.

GRİMM-nin missiyası:

Aqrar sahədə sahibkarların gəlirlərini artırmaq və həyat şərtlərini yaxşılaşdırmaq

GRİMM-nin məqsədi:

  • Kənd-bazar əlaqələrinin gücləndirmək;
  • Kiçik və orta sahibkarları maarifləndirmək;
  • İqtisadi və texniki təlimlər;
  • Fermerlərə məsləhət xidmətinin təşkili;
  • Biznes və bazar haqqında informasiya təminatı;
  • Yeni texnologiyaları fermerlərə ötürmək;

GRMM-nin əsas ofisi Gəncədə, şöbələri isə Bərdədə və Şəkidə yerləşir. Kəndlərdə isə 49 məsləhətçisi mövcuddur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *