Uğurlarımız davam edir

DSC09181DSC00033

 

GRİMM, bu gün də Azərbaycan fermerinin yanındadır və ənənəvi olaraq bölgədə informasiya-məsləhət xidmətlərini davam etdirərək aqrar sahənin mövcud problemlərinin həllində öz töhfəsini verməkdədir. Belə ki, GRİMM-nin mütəxəssisləri mütəmadi olaraq bölgədə fermerlərlə görüşlər keçirir, onların informasiya-məsləhət xidmətlərinə olan ehtiyaclarını müəyyənləşdirir və fermerləri maraqlandıran mövzular üzrə təlimlər təşkil olunur. Buna misal olaraq GRİMM, dekabr-yanvar aylarında Şəmkir, Goranboy, Bərdə, Qax, Balakən, Zaqatala, Beyləqan, Ağcabədi, İmişli, Saatlı, Sabirabad, Biləsuvar rayonlarında fermerlər üçün təşkil olunmuş təlimləri qeyd etmək olar.
Bu gün, həqiqətən Azərbaycan fermerinin informasiya-məsləhət xidmətinə ehtiyacı vardır. Əvvəllər (kolxoz və sovxoz dövründə) hər bir təsərrüfatlarda aqronom və briqadirlər tərəfindən aqrotexniki tədbirlərplanlı şəkildə və elmi əsaslandırılmış qaydada həyata keçirilməklə torpaqdan səmərəli istifadə olunurdu, yüksək məhsuldarlıq əldə edilirdi və daxili bazar daim yerli isrehsal hesabına ödənilirdi. Lakin bu gün həmin təsərrüfatlar digər peşə sahiblərindən ibarət, səriştəsiz, aqrar sahəyə dair bilik-bacarıq səviyyəsi aşağı olan fermer qruplarınının mülkiyyətindədir. Bu qrupdan olan fermerlər ölkənin aqrar sahəsində xüsusi çəkiyə malikdir. Nəzərə alsaq ki, ölkənin ərzaq təminatının müqəddaratı həmin qrup fermerlərdən (səriştəsiz) asılı olacaq, onda məsələnin nə dərəcədə aktual olduğunu bir daha görmək olar. Təssüf hissi ilə qeyd etməliyik ki, bu gün həmin qrupdan olan fermerlər özbaşına buraxılmaqla nəzarətdən çıxıb, onların davamlı olaraq informasiya məsləhət-xidməti ilə təmin olunması, peşə fəaliyyətlərinin yaxşılaşdırılması və bu mexanizmin tənzimlənməsi günün tələbidir. Məsələn, kolxoz-sovxoz dövründən bəri, fermerlərin əksəriyyəti şoran torpaqların yaxşılaşdırılması istiqamətində elə də əsaslı aqro-meliorativ tədbirlər aparmırlar. Fermerləri əkin sahələrində torpaqların şorlaşmasını əmələ gətirən səbəblər, şorlaşmış torpaqların duzdan təmizlənməsi tədbirləri, mövcud drenaj sistemlərinin işçi vəziyyətə gətirilməsi, torpaqların münbitliyini artıran aqrotexnologiyalar və s. haqqında informasiyaları azdır. Şoranlaşmaya meyilli əksər torpaqlarda duz izləri artıq torpaq səthində görünür və fermerlər qeyd edirlər ki, torpaqlarımız adi keşniş və şüyüdü belə bitirmir və uzun müddətdir ki, sahələrimizdə aqromeliorativ tədbirlər aparılmır.
İldən-ilə havaların quraq keçməsi, qlobal istiləşmə və qurağlığın artması Azərbaycanın suvarılan rayonlarında torpaqdan səmərəli istifadəni və quraqlığa qarşı mübarizəni özündə birləşdirən, torpaq münbitliyini qoruyan və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artıran təkmilləşdirilmiş aqrotexnologiyalar-dan istifadə olunmasını bir daha aktual edir.
Qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq GRİMM suvarma əkinçiliyi üzrə ixtisaslaşmış hədəf rayonlarda əksər kənd təsərrüfatı bitkilərinin becərilməsi, onların xəstəlik və ziyanvericilərinə qarşı mübarizənin inteqrasiyalı şəkildə idarə edilməsi, torpağın münbitliyinin artırılması, toxumçuluq işinin təşkili, gübrələmənin və suvarmanın düzgün aparılması, sudan səmərəli və qənaətlə istifadə olunması, qurağlığa qarşı mübarizə tədbirləri və digər aqronomik aspektlərə dair təlimlər və nümayiş sahələri təşkil edir, o cümlədən informasiya vərəqələri hazırlayıb paylayır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *